İstanbulda amerikalı jurnalistin meyiti aşkarlanıb

Baxış sayı:
916

Türkiyənin İstanbul şəhərində ABŞ vətəndaşı olan jurnalist Andre Vlçekin meyiti tapılıb.

"Habertürk"-ün xəbərinə görə, jurnalistin meyiti sentyabrın 22-də səhər saatlarında şəhərin Beyoğlu rayonunun Karaköy məhəlləsində avtomobilində aşkarlanıb.

Jurnalistin meyiti Karaköyün Kemakeş küçəsindəki bir mehmanaxananın qarşısında tapılıb.

Bildirilib ki, 57 yaşlı Andre Vlçek Rusiyada doğulub. O, həyat yoldaşı Rosse İndira Vlçek və iki sürücü ilə birgə 9 gün Türkiyənin Samsun şəhərində qalıblar. Oradan isə kirayə götürdükləri “VİP” xidmət avtomobili ilə İstanbula yola düşüblər.

Jurnalistin ölüm səbəbi məlum deyil. Polis hadisə ilə bağlı araşdırma aparır.