İsraildən ilk “Qaşıqçı” açıqlaması

Baxış sayı:
10615

Səudiyyə Ərəbistanının London mərkəzli “İlaf” qəzetinə açıqlama verən adının açıqlanmasını istəməyən İsrailli bir təhlükəsizlik səlahiyyətlisi, Səudiyyəli jurnalist Qaşıqçı hadisəsiylə əlaqədar "Tel Aviv rejiminin, Türkiyədən gələn xəbərlərə deyil, Səudiyyə Ərəbistanının açıqlamalarına güvəndiyini" söyləyib.
 
İsrailin, Qaşıqçı hadisəsini yaxından təqib etdiyini ifadə edən səlahiyyətli, Türkiyədən yayımlanan xəbərlərin dəlillərə əsaslanmadığını irəli sürüb və Tel Əvivin, Riyad rəhbərliyinin yanında yer aldığını qeyd edib.
Ölkəsinin, Səudiyyə və Türk səlahiyyətlilərdən ibarət ortaq işçi qrupunun araşdırmalarının nəticələrinin açıqlanmasını gözlədiyini deyən İsrailli səlahiyyətli, beynəlxalq mətbuatın Səudiyyə Ərəbistanlı qaynaqlar yerinə ictimai mediadakı bəzi xəbərlərə əsaslanaraq xəbər verdiyini deyib.
“İlaf” qəzeti isə xəbərində, Camal Qaşıqçının konsulluqdan yox olması ilə əlaqədar İsraildən ilk dəfə bir açıqlama verildiyinə vurğu edərək, bu ölkə mətbuatının hadisəyə çox yer vermədiyinə diqqəti çəkib.
Daha əvvəl İsrailin “Maariv” qəzetində çalışan təhlükəsizlik eksperti Yossi Melman, sosial media hesabında İsrail kəşfiyyat xidməti Mossad'ın Qaşıqçı hadisəsində iştirak etdiyini iddia etmişdi.
Müxalifət.az