İsrail generalı: “Mənim qədər fələstinli öldürən yoxdur”

İsrail Nazirlər Kabinetində mənim qədər insan öldürən ikinci şəxs yoxdur.
Bunu Tel-Əviv Univeristetində çıxışı zamanı İsrailin keçmiş müdafiə naziri Moşe Yalon söyləyib.
“Öldürməlisən. İsrail Nazirlər Kabinetində, Knessetdə mənim qədər öldürməyə məcbur qalan başqa bir şəxs yoxdur. Son illərdə savaşdığımız sahə mülki vətəndaşlarla doludur və bu bizim üçün böyük problemdir. Komandanlıq sadəcə Feysbukda bəyənmə etməklə olmur, əvəz ödəməyə hazır olmalısan”, – deyə o bildirib.
Qeyd edək ki, Yalon 2013-2016-cı illərdə İsrailin müdafiə naziri olub./axar/