İsrail Azərbaycana silah satışını davam etdirəcək - ALİ MƏHKƏMƏ QƏRAR VERDİ

Baxış sayı:
8995

İsrail Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan edilməsi barədə vəsatəti, Ermənistana qarşı müharibə cinayətləri üçün istifadə edilib-edilməməsinə dair əsaslandırıcı dəlil olmadığı üçün, rədd edib.

Bu barədə  "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, hakim Yosef Elron deyib ki, vəsatətdə iclas keçirilməsi üçün heç bir dəlil olmayıb.

Vəkil İtay Mak bildirib ki, bu mərhələdə kifayət qədər sübutların toplanıb-toplanmayacağı bəlli deyil. Mak "mənəvi səbəblərdən İsraili Azərbaycana silah satışını dayandırmağa çağırdığını, ancaq vəsatət qaldırmaq üçün kifayət qədər dəlili olmadığını" söyləyib.

“İddia bu səbəbdən aclıq aksiyası keçirən fəal Eli Cozef tərəfindən qaldırılıb. Cozef Azərbaycana silahların 60% -nin İsraildən gəldiyinə dair xəbərlər təqdim edib.

Hakimin sözlərinə görə, Cozefin təqdim etdiyi heç bir şey İsrail silahlarının ermənilərə qarşı müharibə cinayətləri törətmək üçün istifadə edildiyini sübut etmir. Onun sözlərinə görə, bu, ən yaxşı halda İsrail silahlarının Azərbaycana satıldığını sübut edir ki, bu da onların anbarda və ya ehtiyatda yalnız müdafiə məqsədi ilə saxlanılması anlamına gələ bilər”, - deyə qəzet yazır.

“Tht Jerusalem Post”, hakimin Cozefdən həm də "vaxtından əvvəl və kifayət qədər araşdırma aparılmadan iddia təqdim etdiyi" üçün 1500 şekel məbləğində məhkəmə xərclərini ödəməsini tələb etdiyini yazır./Virtualaz.org