İşdən çıxarılan 81 yaşlı icra başçısına yeni VƏZİFƏ VERİLDİ
2-11-2019 11:41
Baxış sayı:
8137

Bir neçə gün əvvəl Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Şəmsəddin Xanbabayevə yeni vəzifə verilib.
KONKRET.az-ın şimal bölgə müxbirinin verdiyi xəbərə görə, 81 yaşlı Şəmsəddin Xanbabayev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri təyin olunub.
Şəmsəddin Xanbabayev özü bu xəbəri saytımıza təsdiqləyərək bildirib ki, partiyanın nüfuzunu daim üstün tutmaqla rayonda fəal işini davam etdirəcək.