İrandan Türk millətinə övgü: “BİZ BACARMADIQ, SİZ ŞƏRƏFİNİZİ QORUDUNUZ”

Baxış sayı:
3142

İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Ələddin Burucerdi, Türk millətinin ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı dövlətinin yanında dayanaraq, milli şərəfini qoruduğunu söyləyib.
 
İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası üzvü Ələddin Burucerdi, İnformasiya Agentliyi “İSNA”-ya etdiyi açıqlamada, Türk xalqının ABŞ-ın təzyiqlərinə qarşı milli puluna sahib çıxdığını bildirib.
Türk xalqının ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı mövqeyini nümunə göstərən Burucerdi, "Türkiyədə lirənin dəyər itirməsilə yanaşı, dollarları atəşə verdilər. Bu simvolik duruş xalqın dövlətin arxasında olduğunu və milli ləyaqətlərini qoruduqlarının göstəricisidir" deyib.
Burucerdi, İranda davam edən valyuta böhranında isə milli puluna sahib çıxan Türk xalqının göstərdiyi həssaslığı nümayiş etdirmədiyini söyləyib.
Müxalifət.az