İrandan Ankaraya ETİRAZ: Buna qarşıyıq

Baxış sayı:
22057

Türkiyənin təhlükəsizliklə bağlı qayğılarını anlayırıq. Ancaq Ankaranın Suriyada hərbi müşahidə nöqtələri qurmasına qarşıyıq.
Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi həftəlik mətbuat konfransında bildirib.
Suriyanı ölkəsinin “bölgədəki açar mövqeyindəki müttəfiqi” adlandıran Musəvi bu mövzuların diplomatik yollarla həll edilməli olduğunu deyib.
“Suriyanin ərazi bütövlüyünə hörmət edilməlidir”, - iranlı diplomat söyləyib.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat 120 saat müddətindən dayandırılıb.