İRAN XİN BAŞÇISINDAN İLGİNC AÇIQLAMA - "Avropa nüvə razılaşmasını Trampın avto-rüsum güşəştlərinə satdı"

Baxış sayı:
1309

Britaniya, Fransa və Almaniya İran nüvə razılaşmasını ABŞ Prezidenti Donald Trampın Avropa avtomobillərinə rüsum tətbiq etməyəcəyinə dair vədləri qarşılığında satıb.

Yerli KİV-lər xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif deyib.

“Avropa üçlüyü nüvə razılaşmasını Trampın yeni rüsumlarından qaçmaq qarşılığında satıb. Belə olmayacaq, dostlar. Siz onun iştahını artırırsınız”, – deyə o vurğulayıb.

Xatırladaq ki, dünən “The Washington Post” qəzeti mənbələrinə istinadən  D.Trampın, İranı nüvə sazişi üzrə Hərtərəfli Birgə Fəaliyyət Planını pozmaqda ittiham etməyəcəyi təqdirdə Paris, London və Berlini Avropa avtomobillərinə 25% rüsum tətbiq edəcəkləri ilə təhdid etdiyini yazıb. İddiaya görə, xəbərdarlıq bu ölkələrin yanvarın 14-də nüvə anlaşması çərçivəsində mübahisələrin həlli mexanizmini işə salmasından bir həftə əvvəl edilib.