​İlginc təklif: Qara dənizin adı dəyişdirilsin

Qara dənizin adı “Qonaqpərvər” olaraq dəyişdirilməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Abxaziya Dövlət Universitetinin dosenti Ramqar Marşan “Sputnik Abxaziya”ya açıqlamasında deyib.
“Hazırki ad bizim dəniz üçün qeyri-adidir. Fırtına zamanı istənilən dəniz qara rəng alır. “Qara” sözü 2 mənada işlənir: Məcazi və rəng mənasında. Məs: Qara adam, qara ruh və s. Burada “qara” sözü dənizin rənginə aid deyil. Ona görə də bu bölgənin həyatına zidd olan və reallığı əks etdirməyən “qara” sözü dəyişdirilməlidir”, - dosent bildirib.