İlginc detal: qəzada şəhid olan “işçi” polkovnik imiş

Baxış sayı:
955

Bu gün səhər saatlarında Xızıda baş verən helikopter qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusu siyahısında “işçi” kimi göstərilən Elçin Nəbiyev vaxtilə yüksək vəzifə tutmuş şəxs olub.

Məlumata görə, Azərbaycan ordusunun peşəkar pilotlarından olan, polkovnik rütbəsi daşıyan E.Nəbiyev Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin sabiq Qərargah rəisi olub. O, Zakir Həsənov nazir təyin olunduqdan sonra ordudan tərxis olunub.

E.Nəbiyev Müdafiə Nazirliyindən təxris olunduqdan sonra Sərhəd Xidmətlərində peşəkar təlimçi kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!