​Hökumətdən üç uşaqlı ailələrə ŞAD XƏBƏR: Təsərrüfat sahəsi və faizsiz kredit

Baxış sayı:
5662

Doğuş göstəricilərinin azaldığı İtaliyada hökumət ailələri övlad sahibi olmağa təşviq etmək üçün layihə təkliflər paketi hazırlayıb.
Mualifet.az “Habertürk”ə istinadən xəbər verir ki, hökuməti üçüncü uşağı olan ailələrə 10 illik müddətə təsərrüfat sahəsi və 200 min avro məbləğində faizsiz ev krediti verməyi nəzərdən keçirir.
İtaliya bu addımla demoqrafik artımı təmin etmək və təsərrüfatı inkişaf etdirmək üçün atmaq istəyir.
Qərar qəbul edilərsə 2019, 2020 və 2021-ci illərdə qüvvədə olacaq.
Qeyd edək ki, İtaliyada adambaşına düşən uşaq sayı 1,34 faizdir. Həmin statistika Avropa İttifaqı ölkələri arasında ən zəif göstəricidir. Bu ölkədə 1970-ci ildə 900 mindən çox doğuş qeydə alınsa da, 2016-cı ildə cəmi 473 min olub.