​Hikmət Ərən: “Rəsmi İrəvan öz mənfi və işğalçı siyasətini hər şeydən üstün tutur”

 Regionda Azərbaycansız hansısa layihəni gerçəkləşdirmək mümkün deyil.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyənin nüfuzlu Qeyri-Hökumət Təşkilatlarından olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, siyasi analitik Dr. Hikmət Ərən qeyd edib.
“Bu yaxınlarda gerçəkləşən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı sübut etdi ki, Azərbaycan və Türkiyə bölgədə istədikləri layihəni gerçəkləşdirə bilərlər. Bu günə qədər gerçəkləşən layihələr bölgədə iki dövlətin siyasi-iqtisadi nüfuzundan xəbər verir. Həmçinin iki dövlətin uğurlu əməkdaşlığı bölgənin təhlükəsizliyinin zəmanəti də hesab etmək olar”.
Siyasi analitik təəssüflə qeyd edir ki, işğalçılıq siyasətini davam etdirən Ermənistan gəlirli layihələrdən kənarda qalır:
“Bunun acı nəticəsini erməni xalqı çəkir. Halbuki onlar bu layihələrdən çox gəlir əldə edib, iqtisadi-sosial baxımından vəziyyətlərini düzəldə və qazanc əldə edə bilərlər. Rəsmi İrəvan öz mənfi və işğalçı siyasətini hər şeydən üstün tutur. Bu isə Ermənistana yaxşı heç nə vəd etmir”.