“Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” - UKRAYNALI EKSPERT

Baxış sayı:
2312

“Dünən yalnız Azərbaycan üçün əlamətdar gün olmadı. Əgər Azərbaycan Silahlı Qüvvələri böyük ərazilər üzərində nəzarəti ələ keçirməyi bacararsa, postsovet məkanında işğal olunmuş torpaqları geri qaytarmağın ilk nümunəsi barədə əminliklə danışmaq olacaq və bu, Kiyevlə Tbilisi üçün müəyyən siqnal olacaq”.

Muxalifet.az xəbər verir ki, bunu “Report”a ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko deyib.
 
Ekspert qeyd edib ki, münaqişənin başlamasından 30 il sonra Azərbaycan torpaqlarının bir hissəsini geri qaytara bilib və bu, işğaldan azad edilmənin müəyyən müddət sonra da həyata keçirilə biləcəyinə dair birmənalı nümunədir.
 
“Eyni zamanda, dünən Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı rəsmi Kiyevdən daha aydın mövqe gözləyirəm. Heç bir ay yoxdur ki, milli təhlükəsizlik strategiyası qəbul edilib və Azərbaycan Ukraynanın strateji tərəfdaşı adlandırılıb. Dünənki hadisələrə adekvat cavab Ukraynanın bir daha Azərbaycanın ərazi bütövlüyünün bərpası ideyasına sabit dəstəyini vurğulaması olardı”, - Y.Bojko vurğulayıb.