​Hacı İbrahim Nehrəmli ölkədən qaçmaq istəyir?

İş adamının çinlilərlə bağladığı müqavilə barədə ilginc iddia
 
Məlum olduğu kimi “Avesta Konserni” MMC-nin prezidenti Hacı Ibrahim Nehrəmli Çin Milli Birləşmiş Resursların Inkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cunla ilkin olaraq 3 milyard dollarlıq sərmayə cəlb edilməsi ilə bağlı müqavilə imzalaması haqqında məlumat yayıb. Hacı Ibrahim iddia edir ki, Çin Milli Birləşmiş Resursların Inkişafı Beynəlxalq Şirkəti “Xəzər adaları” layihəsinin bir adasına ilkin olaraq 3 milyard dollar vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşacaq. Imzalanan müqavilənin əhəmiyyətini göstərmək üçün Hacı Ibrahim Nehrəmli deyib ki, bu gün təkcə onun üçün deyil, həm də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır.
InfoAZ.org-un yaydığı məlumatlara görə isə, əslində onun bu şirin vədinin arxasında başqa planlar dayanır. Bildirilir ki, Ibrahim Ibrahimov bununla ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə çalışır. Məlum olduğu kimi Azərbaycan Beynəlxalq Bankına borcu olan digər kredit oliqarxları kimi “Avesta Konserni” MMC-nin prezidentinin də ölkədən çıxışı məhdudlaşdırılıb. Indi 3 milyard dollarlıq şirin vəd verməklə Ibrahim Ibrahimov ölkədən çıxmağa çalışır. Kredit oliqarxı bəyan etdi ki, bu sərmayənin cəlb edilməsi üçün o hökmən Honkonqa getməlidir. Honkonq səfərinin Çin Milli Birləşmiş Resursların Inkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cunla imzaladığı müqavilədə şərt kimi göstərilməsini xüsusi vurğulayan Ibrahim Ibrahimovun ölkəni tərk etmək üçün can atdığı aydın hiss olunur. Onun bu canfəşanlığı isə əbəs deyil. Belə ki, Azərbaycan Beynəlxalq Bankına olan və hər ay üstünə 40-50 milyon manat faiz gələn 600 milyon manat borcunu geri qaytarmağın mümkün olmadığını Ibrahim Ibraahimov yaxşı anlayır. Eyni zamanda işçilərinin əmək haqqı tələbindən bezən “Avesta Konserni”nin prezidenti indi borclu olduğu şirkətlərin pul tələbi ilə üzləşib. “Avesta Konserni” MMC-nin əməkdaşlarından birinin verdiyi məlumata görə, Ibrahim Ibrahovun borclu olduğu şirkətlərin bəziləri artıq məhkəməyə üz tutub. Ibrahim Ibrahimovun şirkətlərə borcu isə çox böyükdür. Məsələn, Ibrahim Ibrahimovun ölkənin ən böyük sement istehsalçısı Holcim (Azərbaycan) ASC-yə olan borcunun yanında kiçik rəqəmdir. Ibrahim Ibrahimovun “Akkord Sement”ə borcu 383,934 milyon manatdır. Əlbəttə Ibrahim Ibrahimov bu şirkətlərə olan borcu ödəməməyin mümkün olmadığının fərqindədir. Ancaq ödəmək imkanı da yoxdur. Holcim (Azərbaycan) ASC və Akkord kimi şirkətlər isə “Avesta Konserni” MMC-nin auditi Ağababa Süleymanov deyir ki, Ibrahim Ibrahimov borcunu verməkdən nümayişkarənə sürətdə imtina etsin. Bu şirkətlərə borcunu ödəməsə Ibrahim Ibrahimovun yolunun yenidən DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsindən düşəcəyi şəksizdir. Ibrahim Ibrahimovun Almaniyanın “Wurth” şirkətinə olan borcu isə artıq məhkəmə araşdırması mövzusudur. Məlumata görə, bu məsələ Almaniyanın ölkəmizdəki səfirliyinin də diqqət mərkəzindədir. Yuxarıda adları qeyd olunan şirkətlərdən fərqli olaraq “Aliye Technolgy”, “Baku Roofing Company”, “Sobsan”, “Shell”, “Osmanlı Makina”, “Azcam Balkon” kimi onlarla şirkətin və çoxsaylı fiziki şəxslərin Ibrahim Ibrahimovdan borclarını ala biləcəklərinə böyük şübhə var. Çünki, bu borcların bəziləri bir ildən artıqdır ki mövcuddur və Ibrahim Ibrahimov onları vermək istəmir.