Gürcüstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı: Müxalif namizəd öndədir

Baxış sayı:
4420

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
 
Elan olunan ilkin nəticələrə görə, hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili 41,7%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 36,09% səs toplayıb.
Seçkilərdə məğlubiyyətini etiraf etmiş Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze isə 10,82% səs qazanıb.
Bu saata qədər 3705 seçki məntəqəsinin 665-i üzrə səslər sayılıb. Bu da seçki məntəqələrinin ümumi sayının 17,95%-ni təşkil edir.
Bundan əvvəl Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçiriləcəyi məlum olub.
Rustavi 2 televiziyasının dəvəti ilə paralel exzit poll aparan Amerikan şirkətinin bəyan etdiyi rəqəmlərə görə isə, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze ilk turda 40 faiz səslə öndədir. İqtidarda olan Gürcüstan Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 36 faiz, Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze 11 faiz səs toplayıb. Bu vəziyyət isə müxalif namizəd Qriqol Vaşadzenin ikinci turda qalib gəlməsini təmin edə bilər. Çünki David Bakradze ikinci turda müxalif namizəd Qriqol Vaşadzeni dəstəkləyəcəyini bəyan edib.
Müxalifət.az