Gürcüstanda Britaniya ştammına 30-dan çox yoluxma qeydə alındı
5-03-2021 21:34
Baxış sayı:
784

Gürcüstanda koronavirusun Britaniya ştammına 31 yoluxma halı təsdiqlənib. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.
Onun sözlərinə görə, COVID-19-un mutasiya etmiş növünə yoluxanların hamısı xəstəliyi yüngül formada keçirib: "Həmin şəxslərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb". İnfeksionist Gürcüstanda Cənubi Afrika və Braziliya ştammına yoluxma halının qeydə alınmadığını deyib.