Gündəmi sarsıdan BOMBA İDDİA: Hər şeyi əvvəlcədən bilirdilər

Baxış sayı:
7099

İngiltərənin Camal Qaşıqçı-nın "qaçırılma" planını, 2 oktyabrdan 3 həftə əvvəl öyrəndiyi və Səudiyyə Ərəbistanına xəbərdarlıq etdiyi iddia edilib.
 
İngiltərənin “Daily Express” qəzetinin redaktoru Marko Giannageli imzası ilə dərc olunan xəbərdə, İngiltərə Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (GCHQ), jurnalist Camal Qaşıqçı-nın qaçırılıb, Səudiyyə Ərəbistanına aparılması üçün kral ətrafından gələn əmr ilə bağlı Kral Baş Kəşfiyyat İdarəsinin daxili əlaqələrini əldə etdiyi iddia edilib.
Xəbərdə bir kəşfiyyat rəsmisinin, "Əmrlərin kral ətrafından bir şəxsdən gəldiyini bilirik, amma bunun vəliəhd şahzadə Məhəmməd bin Salmanla əlaqəli olduğu məsələsində doğrudan bir məlumatımız yoxdur. Ancaq bu onun əmri verən şəxs olmadığı mənasına gəlməz" dediyi qeyd olunub. Eyni mənbəyin ifadə etdiyinə görə, ilk əmrlər Qaşıqçını əvvəl yaxalamaq və mühakimə etmək üçün Səudiyyə Ərəbistanına qaçırmaq idi, amma plan alternativ həll yollarına açıq qapı saxlayırdı.
Qəzetə danışan kəşfiyyat mənbələri, İngilis kəşfiyyat xidməti Mİ6-nın Səudiyyə Ərəbistanını planı ləğv etməsi üçün xəbərdarlıq etdiyi, lakin siqnalların Səudiyyə Ərəbistanı tərəfindən qulaqardına vurulduğunu açıqlayıb.
Qaşıqçı-nın yaxın bir dostu tərəfindən qəzetə verilən məlumata görə, Qaşıqçı Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silah istifadə etdiyinə dair sübutlar toplamaq üzrə idi.
Müxalifət.az