Günahsız insanların öldürülməsinə göz yuma bilmərik - Ərdoğan

Baxış sayı:
2647

Rejimin maraqları uğrunda onminlərlə günahsız insanın öldürülməsinə göz yuma və belə bir oyunun iştirakçısı ola bilmərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.
"Türkiyə olaraq, əvvəldən Suriyada axan qanın durması üçün mübarizə apardıq. Heç bir ayrı-seçkilik güdmədən suriyalı qardaşlarımıza sahib çıxdıq. Dünən olduğu kimi, bu gün də bir suriyalı qardaşımızın belə burnunun qanamasını istəmirik", - Ərdoğan qeyd edib.
Ərdoğan Suriyada daimi həll üçün mübarizə aparacaqlarını da bildirib.