GÖMRÜK KOMİTƏSİ AÇIQLADI: Azərbaycan xarici ölkələrə nə qədər humanitar yardım göndərib?
19-01-2019 11:25
Baxış sayı:
7798

Azərbaycanın 2018-ci ildə göndərdiyi humanitar yük, təmənnasız kömək və texniki yardımın həcmi məlum olub.
Məlumata görə, keçən il 130 min 580 dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Bu, 2017-ci illə müqayisədə 3,5 dəfə azdır. 2017-ci ildə Azərbaycan xaricə 465 min 590 dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərib.




















