​Gəncədə divar uçqunu – ÖLƏN VƏ YARALANAN VAR

Gəncədə bədbəxt hadisə baş verib.
Səhərin “Vtoroy çast” deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.
Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.