Gəlindən qayınanaya qarşı İNANILMAZ CİNAYƏT - Həbs edildi

Baxış sayı:
655

Bakıda qayınananın qızıllarını oğurlayan gəlin saxlanılıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.