FÜZULİ ŞƏHƏRİ və DAHA 7 KƏND İŞĞALDAN AZAD OLUNDU! - Prezident ordumuzun yeni zəfərlərini açıqladı / VİDEO

Baxış sayı:
1381

Müzəffər Azərbaycan Ordusu Füzuli şəhəri və daha bir neçə kəndi işğaldan azad edib.

Prezident İlham Əliyev bu dəqiqələrdə xalqa müraciətində bunu elan edib.

Füzuli şəhəri ilə yanaşı işğaldan azad olunan kəndlər bunlardır: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri erməni işğalından azad olunub.