FƏTULLAH GÜLƏN VATİKANIN GİZLİ KARDİNALI İMİŞ! - Məhkəmə dəlilləri var

Aytunc Altındal bu sirri açdıqdan sonra müəmmalı şəkildə dünyasını dəyişib
 
Fətullah Gülənin Vatikanın gizli kardinalı olduğu rəsmi məhkəmə sənədlərində qeydə alınıb. Hurriyyet.org xəbər verir ki, Prokurorluğun əlindəki çoxsaylı dəlillərə görə,  Fətullah Gülən Vatikan tərəfindən təlimatlandırılıb və  ona verilən kardinallığı “Pecture” adlanır. Papalıqda istifadə edilən “in pecture” termininin mənası “kilsənin bağrına basdığı gizli övladı” deməkdir. Yəni, başqa bir dindən gəlməsinə rəğmən, xristianlığa gizli xidmət edən kardinallar belə adlandırılır.
FETÖ-nun başçısı Fətullah Gülən papa tərəfindən “gizli kardinal” seçilib. İzmir rayon prokurorluğunun terror və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi bürosunun prokuroru Zafer Durun hazırladığı 56 səhifəlik iddianamə 2-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

Aytunc Altındal araşdırıb

“A Xəbər” kanalında efirə gedən “Yaz-Pos” proqramında da ötən günlərdə şübhəli şəkildə dünyasını dəyişən
Aytunç Altındalın Fətullah Gülən barəsində maraqlı açıqlamaları verilib.
Fətullah Gülənin Vatikanda görüşdüyü Papa 2-ci Con Paul tərəfindən “gizli kardinal” seçildiyi ortaya çıxdı.
Altındal məsələ ilə bağlı belə demişdi: “Vatikanda  iqtidar papa ilə 9 kardinaldır. Bu kardinallardan yeddisini bütün dünya tanıyır. Lakin ikisi gizlidir və sadəcə, papa bilir. Fətullah Gülən bu iki gizli kardinaldan biridir”.
FETÖ-nün maliyyə mənbələri ilə bağlı hazırlanan iddianamədə maraqlı məlumatlar qeyd olunub.
TSQ içərisindəki FƏTÖ şəbəkəsi ilə bağlı iddianamədə deyilir: “Türk Silahlı Qüvvələri içərisində bu böyüklükdə əməliyyat qüvvəsinə və üzv sayına malik ola bilmələri məsələsi dövlətin təhlükəsizliyi baxımından araşdırılması lazım olan çox mühüm məsələdir”.
İddianamədə yazılır ki, Gülən ABŞ-a getməzdən təqribən bir il əvvəl, 1998-ci il fevralın 9-da Vatikanda Papa 2-ci Con Paulla görüşüb, “Papa 2-ci Con Paul bu görüşdən 12 gün sonra 20 kardinalın yanında 100 ilə yaxın bir müddət ərzində istifadə edilməyən “in pecture” təlimatı ilə iki gizli kardinal təyin elədiyini bəyan edib. Təyin edilən iki gizli kardinaldan birinin Fətullah Gülən olduğu iddiası bu əlaqələndirmədə diqqət verilməsi lazım olan iddialardandır. 1998-ci il fevralın 21-də rəsmiyyət qazanaraq qüvvəyə minən bu təyinatda papalıq haqqının istifadə elədiyi “in pecture” termininin mənasının “kilsənin bağrına basdığı gizli övladı” mənasına gəldiyi, eyni zamanda “öz ölkəsində kimliyini gizləyən başqa dinə mənsub kişi” mənasını da ifadə edir”.

Papaya məktub

İddianamədə Gülənin “dinlərarası dialoq” adı altında islam inancının təməli ilə uzlaşmayan fəaliyyətləri irəli sürdüyü də bildirilir. Çevriliş cəhdindən sonra bağlanan “Aksion” jurnalının 10-cu il xüsusi buraxılışının “Bəşəriyyət Həzrəti İsanı gözləyir” cildi ilə çıxması da nümunə göstərildi.  İddianamədə Gülənin Edirnedə vaizlik etdiyi tarixlərdə kilsəyə yazdığı iddia edilən məktubun mühüm olduğu vurğulanıb.
Məhkəmə sənədlərində FETÖ liderinin “Vatikanın gizli kardinali” olduğu ilə bağlı araşdırmalar aparan və “Vatikan və Tapınaq Cəngavərləri” adlı kitabı yazan Aytunc Altındalın  bu səbəbdən daim ölümlə hədələnməsinin “düşündürücü” olduğu qeyd edilib...