Fransada hökumət tam tərkibdə istefaya getdi

Baxış sayı:
3615

Yelusey sarayından verilən məlumata görə, bu gün Fransanın  baş naziri Edurard Filipp və onun rəhbərlik etdiyi hökumət kabineti istefa verib. Yeni hökumət formalaşanadək hazırkı kabinet fəaliyyətini davam etdirəcək.

49 yaşlı Eduard Filipp 2017-ci il mayın 15-dən hökumət başçısı vəzifəsində işləyib.

Bu günlərdə Fransada keçirilmiş yerli seçkilərdə Makronun partiyası böyük uğursuzluğa uğradığı üçün Makronun komandasında böyük dəyişikliklər olacağı gözlənilir.

Fransa prezidenti Emmanuel Makronun yeni komandasında yerli seçkilərdə böyük uğur əldə eləmiş Yaşıllar partiyasına yaxın şəxslərin yer alması gözlənilir./Hurriyyet.org