Fransa bir anda qarışdı! Tədbirlər üst səviyyəyə çıxarıldı

Baxış sayı:
6862

 Polis zorakılığının normal hala gəldiyi ölkədə 1 may münasibəti ilə keçirilən nümayişdə yenə toqquşmalar olub. Paytaxt Parisdə polis nümayişçilərə müdaxilə edib. Fransa daxilində nümayişlər səbəbi ilə təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çıxarılıb.
 
Fransa prezidenti Emmanuel Makronun vergi endirimi, pensiya kimi məsələlərdə geri addım atması da çarə olmayıb.
“Sarı Jiletlilərin” hər həftə aksiya keçirdiyi Fransa bu gün bir daha qarışıb.
 
BU DƏFƏ 1 MAY ÜÇÜN KÜÇƏLƏRƏ ÇIXDILAR
 
 Hər həftə polis ilə nümayişçilər arasında münaqişələr baş verən Fransada, bu dəfə vəziyyət fərqli idi. 1 may nümayişlərində “Sarı Jiletlilərlə” yanaşı, hər iş sahələrindən insanlar başda Paris olmaqla, bütün şəhərlərdə küçələrə çıxıb.
 
TƏHLÜKƏSİZLİK ÜST SƏVİYYƏYƏ ÇIXARILIB
 
 Səhər saatlarında nisbi sakitlik olsa da, sonra polis ilə nümayişçilər arasında bibər qazının sıx olaraq istifadə edildiyi şəraitdə qarşıdurma yaşanıb.
Fransa daxilində aksiyalar səbəbilə təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çıxarılıb.
Müxalifət.az