"Facebook" tanışlıq üçün yeni xidmət istifadəyə verdi – 18 yaş limiti var - Foto

Baxış sayı:
19720

"Facebook" sosial şəbəkəsi daha bir yeniliyə imza atıb.

Muxalifet.az xəbər verir ki, sözügedən qurum tanışlıq üçün yeni xidmət istifadəyə verib.

Şirkətdən bildirilib ki, bu, "Dating" adlanır. Yeni xidmətdən istifadə ABŞ, bir sıra Latın Amerikası və cənub-şərqi Asiya ölkələrində, 2020-ci ildə isə Avropada ölkələrində mümkün olacaq. "Facebook Dating"də profili yalnız yaşı 18 və bundan yuxarı olanlar yarada biləcək. Xidmət şəxsin hesabındakı məlumatlara əsaslanaraq tanış olmaq üçün başqalarını tövsiyə edəcək. İstifadəçilər yeni proqramda həmçinin öz statuslarını "Instagram"dan paylaşa biləcəklər.