"F-16-lar vurar, orda sağ əsgər qalmaz" - KEÇMİŞ BAŞ QƏRARGAH RƏİSİ

Baxış sayı:
2044

Şərqi Aralıqdakı əsas məsələ artıq enerji deyil, təhlükəsizlik məsələsidir.

Bunu Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, general İsmayıl Hakkı Pekin ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Avropa yunanlara yardım edərək, Türkiyəni təhrik etməyə çalışır:

“Onlar çalışır ki, Türkiyə səhv etsin və bununla dünya ictimaiyyətinin gözü qarşısında türkləri çətin vəziyyətə salsınlar. Yunanıstan Meis adasına 30 nəfər göndərib, min komandos göndərsə nə olacaq? F-16-lar 4 bomba atar, burada əsgər qalmaz. Yunanların məqsədi də budur. Onlar 2 min adanın hamısına qoşun yerləşdirsə, ölkənin özündə əsgəri qalmayacaq. Türkiyə Afinanın bütün təxribatlarına qarşı tədbirlər görməlidir. Əsasən də diplomatik danışıqlara üstünlük verməlidir”./axar.az