“Ermənistanın qətliamları qarşısında susanlar ikiüzlüdürlər” - HULUSİ AKAR

Baxış sayı:
1164

“Azərbaycan ərazilərinin işğalına səs çıxarmayanların atəşkəs çağırışı yerinə Ermənistanın Qarabağı tərk etməsini təmin etmələri doğru olacaq”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

“Ermənistanın Qarabağı işğalı və dinc əhalini qətliam etməsi qarşısında susqun qalanların sərgilədiyi mövqe ikiüzlülükdür”, - nazir vurğulayıb.