Ermənistanda 55 yaşınadək kişilərin ölkədən çıxışına qadağa qoyuldu

Baxış sayı:
262

Ermənistanda 18-55 yaş arası kişilər yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər.

Bu barədə “Sputnik Ermənistan” ölkənin Mülki Aviasiya Komitəsinə istinadən xəbər yayıb.

"Ermənistan hökuməti tərəfindən 27 sentyabr 2020-ci il tarixində qəbul edilmiş 1585N saylı qərara əsasən, 55 yaşdan kiçik şəxslər üçün çağırış elan edilib. 18 yaşdan 55 yaşa qədər olan kişilərin yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə ölkədən çıxmasına icazə verilir", - deyə nəşr komitənin məlumatından sitat gətirib./virtualaz.org