"Ermənistan işğal olunmuş Dağlıq Qarabağda Azərbaycan tərəfindən təcrid olunub..." - İSPANİYA NƏŞRİ - FOTO

İspaniyanın “La Vanguardia” nəşrində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi barədə məqalə dərc edilib.
Muxalifet.az xəbər verir ki, məqalənin müəllifi Jordi Banyos Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi və siyasi əhəmiyyəti barədə fikirlərini diqqətə çatdırır. O hesab edir ki, bu dəmir yolu regionu Avropa ilə Asiya arasında vacib tranzit məntəqəsinə çevirir.
Məqalədə qeyd edilir ki, Azərbaycanın və Türkiyənin qətiyyəti sayəsində artıq bu dəmir yolu hazırdır. Ermənistan isə Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal altında saxladığına görə təcrid olunub.
Türkiyə və Azərbaycan liderlərini tərcüməçiyə ehtiyac duymayan dostlar adlandıran müəllif Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı strateji əməkdaşlığın NATO, xüsusilə ABŞ və Böyük Britaniyanın da maraqlarını əks etdirdiyini vurğulayır.