ERMƏNİLƏR YAŞAYIŞ MƏNTƏQƏSİNİ ATƏŞƏ TUTDU - Daha bir mülki şəxs həlak oldu

Baxış sayı:
829

Ermənilərin atdığı top mərmisi Ağdamda daha 1 nəfərin ölümünə səbəb olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin ağır artilleriyadan atdığı mərmi rayonun Qaradağlı kəndinə düşüb. Nəticədə 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu yaralanıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.