ERMƏNİLƏR QARABAĞDA “MUXTARİYYƏT” HAZIRLIĞI GÖRÜR? İlham İsmayıl: “Hələ Qarabağ məsələsinin son nöqtəsi qoyulmayıb”

Baxış sayı:
4990

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Qafqaz Media” internet telekanalının aparıcısı Kamran Güllərin suallarını cavablandırıb. Muxalifet.az həmin müsahibəni və müsahibədən seçmələri oxucularına təqdim edir:
- “Rusiya sülhməramlıları Azərbaycan dövlətinin təsirini yox etmək dərəcəsinə çatdırıblar”
- “Rus sülhməramlılarının Azərbaycan vətəndaşlarının daşıdığı yükü yoxlamaq ixtiyarı yoxdur. Biz ordan tank da, top da, ərzaq da apara bilərik...”
- “Hətta narkotik daşısaq belə, rus hərbçilərin bizi yoxlamağa hüquqi əsasları yoxdur. O maşında nə olsaydı deyəcəkdilər ki, yox, bunu aparma?!”
- “Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək adı altında Qarabağa əlavə qüvvələr yeridilə, hətta silahlı müdaxilə də ola bilər”
- “Rusiya Qarabağın statusu məsələsini hələ tam kənarlaşdırmayıb...”
- “Laçın dəhlizi bizim üçün bir bəladır...”
 - “Rusiya qarşısında məsələ qaldırmaq lazımdır ki, siz bizi öz ərazimizdə yoxlayırsınız, amma biz öz ərazimizə keçən insanları, yükləri yoxlaya bilmirik...”
- “Rusiya Cənubi Qafqazda öz təsirini qorumaq üçün Zəngəzur dəhlizi məsələsini hələ uzadacaq...”
- “Bizim diplomatiyanın qarşısında 2022-ci il üçün çox böyük işlər durur...”
- “2025-ci ildə rus hərbçilərinin Qarabağdan çıxacağı inandırıcı deyil...”