Ermənilər Füzulidəki xəstəxananı atəşə tutub - FOTO

Baxış sayı:
368

Ötən gün gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunda yerləşən Zobucuq ikinci qəsəbəsindəki Rayon Mərkəzi Xəstəxanasını atəşə tutub.

APA-nın bölgəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, tibb müəssisəsinə ciddi ziyan dəyib.

İcra nümayəndəsi Əbülfət Alıyevin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisi nəticəsində xəstəxana dağıntılara məruz qalıb.