DTX daha bir “reket” baş redaktoru tutdu

Dünən DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “reket” fəaliyyətlə məşğul olan, ayrı-ayrı şəxsləri şantaj edərək pul alan, daha çox səhiyyə və təhsil işçilərinin “qənim”inə çevrilmiş “Kriminal 107” qəzetinin və eyni adlı (“www.kriminal107.az”) xəbər portalının təsisçisi və redaktoru Maarif Abbasov saxlanılıb.
Ölkə.az-ın əldə etdiyi məlumata görə, M.Abbasov müxtəlif vəzifəli şəxsləri şantaj edərək, onlardan pul tələb etdiyi zaman ifşa edilib.
P.S. Redaksiyamıza daxil olan məlumata görə, həbs edilən M.Abasovun işlərini görən ən yaxın adamı hələ də azadlıqdadır. Onunla bağlı verilən məlumatda qeyd edilir ki, öz oturduqu redaksiyasından kənar bir otaq götürərək onun müstəqil işlə məşğul olması görüntüsü yaradılıb. Qeyri qanuni işlərində işlətdiyi adamın barəsində isə yetəri qədər məlumat mövcudur.
Ölkə.Az