DÖVLƏT GÖMRÜK KOMİTƏSİNƏ SƏDR TƏYİN OLUNDU - Prezident sərəncam imzalayıb
14-02-2023 18:03
Baxış sayı:
2707

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat verib.
Sərəncama görə, Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Prezidentin imzaladığı digər sərəncamla Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.