Dollar hegemoniyasını rədd etmək yönündə addım

Baxış sayı:
7972

Hərbi-siyasi jurnalistika Mərkəzindən mütəxəssis Boris Aleksandroviç Rojin, Rusiya ilə S-400 raket əleyhinə müdafiə sistemlərinin satış müqaviləsini rubl olaraq imzalayan Hindistanın bu məsələdə tutduğu mövqeyi qiymətləndirib.
 
Rojin, "Hindistan üçün bu, xarici siyasətinin əsas məsələlərində Vaşinqtona bağlı olmadığını göstərməyin bir yoludur. Ölkənin siyasi rəhbərliyi, Hindistanın kimdən istəsə və nə şəkildə istəsə silah satın alacağını daha əvvəl açıqlamışdı. Bu addım (kontraktın imzalanması) Ağ Ev və ABŞ Xarici İşlər Nazirliyindən gələn tələb və çağırışlara qulaq verməyən Hindistana qəzəbləndiyini göstərən Vaşinqtona meydan oxuyan bir mesaj olma xüsusiyyətini daşıyır. Hindistan bu şəkildə ABŞ-a, özünə gəlincik və ya vasal dövlət olaraq davranılmayacak qədər böyük bir ölkə olduğunu açıq şəkildə göstərir. Bundan başqa, müqavilə, dollar sisteminin qlobal ağalığını rədd etmək istiqamətində atılmış bir addımdır və bu cür addımlar silah, enerji mənbələri sahələrində və digər müxtəlif sahələrdə getdikcə çoxalır" deyə söyləyib.
Müxalifət.az