Dəhşətli yanğının səbəbi bilindi – Rəsmi AÇIQLAMA

Baxış sayı:
5140

“Həmin ərazidə kafel-metlax dükanı var, yanğın oradakı kabellərin alışması ilə başlayıb”. Bu sözləri Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının başvermə səbəbilə bağlı açıqlama verərkən deyib. Qeyd edək ki, bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın meydana gəlib. Sürətlə böyüyən yanğını nəzarətə götürmək üçün FHN əraziyə canlı qövvə ilə yanaşı, təyyarə və helikopterlər də cəlb edib. Hazırda söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.