Deputatdan Elmar Məmmədyarovun erməni həmkarı ilə fotosuna REAKSİYA: "Allah daha da mehriban etsin!"

Baxış sayı:
8338

Milli Məclisin deputatı Aqil Abbas Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bir neçə ay əvvəl erməni həmkarı Zöhrab Mnatsakanyanla görüş zamanı səmimi söhbət etməsindən danışıb. 
Aqil Abbas Demokrat.az-a açıqlamasında Elmar Məmmədyarovun bu cür hərəkətlərini Azərbaycan dövlətinin adına yaraşdırmadığını bildirib:
"Onlar hər dəfə çox mehribancasına görüşüb öpüşürlər. Allah onları daha da mehriban etsin! Yaxşı olar ki, onlar bir yerdə çəkdirdikləri fotoları böyütdürüb başlarının üzərinə də vursunlar".

 Image result for Aqil Abbas

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistandan olan həmkarı Zöhrab Mnatsakanyanla görüş zamanı söhbət edərkən çəkilmiş foto sosial şəbəkələrdə pislənilib. Azərbaycanlı istifadəçilər işğalçı ölkənin xarici işlər nazirinə qarşı bu cür davranışına görə Elmar Məmmədyarovu qınayıblar.