​DAŞQIN NURİYEVİN NAMİZƏDLİYİ QEYDİYYATA ALINDI – O, ADP-nin ilk qeydiyyata alınan namizədi oldu

Baxış sayı:
5134

Bir neçə gün əvvəl Azərbaycan Demokrat Partiyasının (ADP) deputatlığa namizədlərindən olan Nuriyev Daşqın Ağarza oğlu imzatoplama kampaniyasını uğurla başa çatdırdığı haqda açıqlama vermişdik.

Qeyd etmişdik ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyi irəli sürülən Daşqın Nuriyevin Seçki qərargahının üzvləri qısa müddətdə 500-ə yaxın imza toplayıblar.

Muxalifet.az xəbər verir ki, dünən D.Nuriyevin namizədliyi qeydiyyata alınıb. Beləliklə, o, təmsil etdiyi Demokrat Partiyasının ilk qeydiyyata alınan namizədi olub.
Xatırladaq ki, ötən parlament seçkilərində eyni dairədən seçkilərə qatılan və seçicilərin böyük əksəriyyətinin etimadını qazanmasına baxmayaraq, saxtakarlıq nəticəsində Milli Məclisdən kənarda qoyulan D.Nuriyevin namizədliyinin irəli sürülməsi bu dəfə də böyük maraqla qarşılanıb. Namizədin gənc və perspektivli olmasını nəzərə alan seçicilər imzatoplama kampaniyasında ciddi aktivlik nümayiş etdiriblər.
Daşqın Nuriyev hesab edir ki, şəffaf və ədalətli seçki keçirilərsə, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində qalib gəlmək şansı yüksəkdir.

Muxalifet.az