“Dağlıq Qarabağ münaqişəsini kökündən həll etmək istəyirik" - MÖVLUD ÇAVUŞOĞLU

Baxış sayı:
754

“Problemin yeganə həlli yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.   

“Bu olmadığı halda problem həll edilə bilməz. Meydanda və masada Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik”, - nazir əlavə edib.