​Bərzaniyə yaxın olan televiziyadan Kərküklə bağlı ÇAĞIRIŞ

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə yaxın olan "Rudav" televiziyası müxbirlərinə Kərkükü tərk etmək barədə çağırış edib.
 
Muxalifet.az xəbər verir ki, bu barədə "Rudav"ın Tvitter hesabında məlumat yayılıb.
Televiziyanın belə qərar verməsinə səbəb kimi Kərkükdəki əməkdaşlarına qarşı təhdidlərin artması göstərilib. 
Qeyd edək ki, bir müddət öncə İraq ordusu Kərkükdə nəzarəti tamamilə ələ alıb.