BƏRDƏDƏ POLİS JURNALİSTLƏRİ SAXLADI – Hurriyyet.tv-nin və “Kanal 13”-ün əməkdaşının çəkiliş aparmasına mane olunub… - YENİLƏNİB / VİDEO

Baxış sayı:
7981

Tərtərdə hərbçilərə qarşı işgəncə faktı ilə bağlı bu gün Bərdə rayonunda aksiya keçirilib.

Muxalifet.az xəbər verir ki, aksiya zamanı Hurriyyet.tv-nin əməkdaşı Vüsalə Nəciyeva və "Kanal 13" internet televiziyasının əməkdaşı Fərid İmran aksiyanı işıqlandıran zaman polis tərəfindən saxlanılıb.

Hurriyyet.org-un erdiyi məlumata görə, jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən, yəni sakinlərin aksiyasını çəkən zaman saxlanılıb.

Onlar post-patrul xidmətinin maşınında Bərdə rayon ərazisindən çıxarılaraq, Yevlax ərazisində sərbəst buraxılıblar.

***

"Kanal 13"-ün əməkdaşını polis saxladı - ETİRAZ AKSİYASINI ÇƏKDİYİ ÜÇÜN 

"Kanal 13" internet televiziyasının əməkdaşı Fərid İmran Bərdədə polis tərəfindən saxlanılıb.

Həmkarımızın verdiyi məlumata görə, o, peşə fəaliyyətini yerinə yetirərkən, yəni Bərdə sakinlərinin etiraz aksiyasını çəkən zaman saxlanılıb.

Qeyd edək ki, jurnalistin post-patrul xidmətinin maşınında Bərdə Rayon Polis Şöbəsinə aparıldığı bildirilir.

P.S. Mövzu ilə bağlı əlavə məlumat veriləcək.