“Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Generaldan AÇIQLAMA

Baxış sayı:
3739

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev “EuroHome”dakı baş verən yanğından danışıb. Muxalifet.az xəbər verir ki, unikal.org-a açıqlama verən Etibar Mirzəyev bildirib ki, ilkin ehtimala görə hadisə qısa qapanmadan baş verib: "Yağının söndürülməsi üçün 3 helikopter və 1 təyyarə hadisə yerinə cəlb edilib. Hazırda yanğın tam məhdudlaşdırılıb və hadisənin səbəbləri araşdırılır”. Etibar Mirzəyev hadisə yerinə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun gəlməməsinə isə belə münasibət bildirib: “Nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir. Böyük yanğın deyil ki, Kəmaləddin Heydərov ora gəlsin”. Muxalifet.az