Birləşmiş Ərəb Əmirlikləri Liviyaya hücuma keçdi! – ÖLƏNLƏR VAR

Baxış sayı:
975

Liviyanın Misrata şəhərində Birləşmiş Ərəb Əmirliklərinə məxsus Silahlı Pilotsuz Uçuş Aparatı tərəfindən keçirilən hava hücumu nəticəsində Liviya ordusuna məxsus iki hərbçi həlak olub.

Liviyanın “Qəzəb vulkanı” əməliyyatının mətbuat katibi Mustafa əl Məcai “Anadolu Agentliyi”nə açıqlamasında Misrata şəhərinin cənubundakı Əbu Qireyn cəhbəsində yerləşən cəbhəsində yerləşən ordu qüvvələrinin ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrinin lideri Xəlifə Həftər qüvvələrini dəstəkləyən BƏƏ-yə məxsus Silahlı Pilotsuz Uçuş Aparatları tərəfindən hücum edildiyini bildirib.

İki hərbçinin həlak olduğunu söyləyən Mecai bu hücumların Liviya ordusunun Terhunə vilayət mərkəzini Həftərə məxsus hərbçilərdən təmizləyənək nəzarət altına alınması ilə eyni zamanda həyata keçirildiyini bildirib. Liviya ordusu bu gün Terhune vilayət mərkəzini Həftər qiyamçılarından təmizləndiyini bəyan edib.

Bu gün Tripolinin cənubundakı Beni Velid şəhəri də qiyamçılardan  təmizlənib.

Hurriyyet.org