​Bir kiloqram ət qarşılığında ərinin qohumuna qoşulub qaçdı - RƏZALƏT

Baxış sayı:
7297

Türkiyədə maraqla izlənilən “Esra Erolla” verilişində bir kiloqram ət qarşısılında ərinin qohumuna qoşulub qaçan qadının sözləri tamaşaçıları şoka salıb. Makbulə Tunçbilək açıqlamasında deyib ki, “uşaqlarımı görməyə ehtiyac yoxdu, sevgilimin iki övladı var onlara baxıram”. Qadının əri Məhmət Tunçbilək isə 15 illik həyat yoldaşını taparaq boşanmaq üçün verilişə dəvət edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Makbulə Tunbilək isə verilişdə ilginc fikirlər səsləndirib: “Sevgilim Bayramın uşaqlarını çox sevirəm. Öz uşaqlarımı görmək istəmirəm. Ərim mənə 13 il öncə qarpız alsaydı, evdən qaçmazdım. Bayram mənə kabab bişirərkən ona aşiq oldum”-deyərəm tamaşaçıların qınağına tuş gəlib. Məhkəmə isə cütlüyü boşayaraq qadının iki uşağına aliment ödəməsini təmin edib. Sonda isə M.Tunçbilək aparıcıyla mübahisə edərək verilişi tərk edib. //Moderator