Binəqədidə məşhur tikinti bazarı yenidən yanır - CANLI YAYIM

Baxış sayı:
2824

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.

Məlumata görə, yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib. 

Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.  

 

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək./apa