“Belaruslar azadlıq və demokratiya istəyirlər” - POMPEO

Baxış sayı:
1248

ABŞ Belarusda nələr baş verdiyini görür və bu ölkədə seçkilərin nəticələrinin ədalətli olduğuna şübhə edir. “Qafqazinfo” “Sputnik Belarus”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo Çexiyanın Baş Naziri Andrey Babişlə Praqada keçirilən mətbuat konfransında bildirib.

“Belaruslar azadlıq və demokratiya istəyirlər, onlar buna layiqdirlər. Mülki fəalların öz fikirlərini sərbəst ifadə etmək hüququ qazanmaları və güc strukturlarının qəddar hərəkətlərindən qorunmaları vacibdir”, - Dövlət Departametinin başçısı deyib.

Çexiyanın Baş Naziri isə öz növbəsində Belarusda baş verənlərdən şoka düşdüyünü qeyd edib.

“Belarus vətəndaşları bizim kimi demokratiya və azadlıq hüquqlarına malikdirlər. İnanıram ki, Avropa İttifaqı ən yaxın zamanda Belarusdakı vəziyyətə baxacaq və Belarus xalqının dəstəklənməsi üçün konkret addımlar atacaq", – Babiş bildirib.