​Bankomatların sayı azalmaqdadır

2017-ci il oktyabrın 1-nə Azərbaycanda quraşdırılan bankomatların sayı 2 486 ədəd təşkil edib.
 Azərbaycan Mərkəzi Bankından (AMB)  verilən məlumata görə, bu, cari ilin avqust ilə müqayisədə 9 ədəd və ya 0,4% az, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 59 ədəd və ya 2,3% azdır.
Cari ilin oktyabrın 1-nə bankomatların 1348-ü (keçən ilə nəzərən 3,6% azalma ilə) Bakı şəhərində, 1138-i (keçən ilə nəzərən 4% azalma ilə) isə digər şəhər və rayonlarda yerləşir.