Bakıda qızğın narkotik alveri... - SENSASİON İDDİA

Baxış sayı:
302

Tanınmış bloger Saleh Nəsirov Bakıda qanunsuz narkotik alğı-satqısı ilə bağlı sensasion bir iddia irəli sürüb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bloger bu barədə rəsmi Feysbuk səhifəsində məlumat paylaşıb.

O bildirib ki, Bakıda mənşəyi bilinməyən, təhlükəli kimyəvi maddələrdən hazırlanmış narkotiklər dövriyyəyə daxil olub. Bu narkotikin adını “Şüşə” qoyublar:

“Deməli, mənə daxil olan məlumata əsasən, şəhərdə, ələlxüsus “Kubinka” tərəflərdə “Şüşə”, “Padpres” adlanan, mənşəyi bilinməyən, təhlükəli kimyəvi maddələrdən hazırlanmış bu narkotiki “bariqalar” Votsap vasitəsilə rahatlıqla yeniyetmələrə, gənclərə 10 manata satırlar”.

Bloger satış əməliyyatının nə cür həyata keçirildiyini də açıqlayıb:

“Bariqalar” xarici nömrələrlə potensial qurbanları ilə əlaqə yaradırlar və pulu “Milli ön” aparatı vasitəsilə müəyyən bir hesaba köçürməyi xahiş edirlər. Ödəniş uğurla həyata keçdikdən sonra “bariqa” narkotikin əvvəlcədən gizlədilmiş yeri və video görüntüsünü “qurbanlara” göndərir. Sanki bir kvestdir!”