BAKIDA GÜCLÜ YANĞIN: 540 kvadratmetrlik obyekt yanıb kül oldu

Baxış sayı:
1367

Bakı şəhərinin Sabunçu rayonunda güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 540 m² olan təkər emalı sexinin penoplastdan ibarət tavanı, içərisində əşyalar və 100 m² sahədə üyüdülmüş rezin, yaxınlıqda, ümumi sahəsi 540 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisində rezin döşəmələr, qəliblər yanıb. Sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.